Könüllülər uğur hekayələrini gənclərlə bölüşdü

img

23-10-2014 [15:33]


Karyerasına könüllü olaraq çalışmaqla başlayan gənclərin uğur hekayələrini daha geniş auditoriya təqdim etmək məqsədi ilə həyata keçirilən "Könüllü ol, karyera qur” layihəsi çərçivəsində Sumqayıt şəhərində "Reduco” Təlim Tədris Mərkəzində seminar təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Ləman Qocayeva mətbuata açıqlamasında bildirib ki, müasir dövrümüzdə gənclərin işə qəbul prosesində qarşılaşdıqları problemlərdən biri də mövcud işlə bağlı uyğun təcrübənin olmamasıdır. Bir çox gənclərin könüllülük haqqında məlumatsız olmaları gələcəkdə uğurlu karyera qurmalarına maneə olur. Layihə çərçivəsində karyerasına könüllü olaraq çalışmaqla başlayan və hazırda uğurlu karyera sahibi olan gənclərin uğur hekayələrindən ibarət kitabın nəşr olunması və həmin gənclərin iştirakı ilə könüllülük haqqında, könüllülüyün uğurlu karyera qurmaqda rolu ilə bağlı, könüllülük psixologiyası ilə bağlı seminarların keçirilməsi nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR