Səlim Müslümov qəbul keçirəcək, vətəndaşlara maşın ayrılıb

img

23-10-2014 [15:23]


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İsmayıllıda 5 rayonun sakinləri ilə görüşəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, nazii Səlim Müslümov oktyabrın 31-də saat 10:00-da İsmayıllı rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (020) 285-12-94 (İsmayıllı rayon ƏSMM), (020) 274-12-21 (Göyçay rayon ƏSMM), (020) 265-33-13 (Şamaxı rayon ƏSMM), (020) 226-47-33 (Ağsu rayon ƏSMM), (020) 245-30-55 (Qobustan rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. 

Onu da qeyd edək ki, Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyat vasitələrilə İsmayıllı rayonuna aparılıb gətirilmələri təmin ediləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR