Nazirdən kəndlilərə şad xəbər - yardımlar artırılır

img

23-10-2014 [15:17]


Azərbaycanda kənd təsərrüfatının dəstəklənməsi üçün verilən subsidiyalar yaxın illərdə artırıla bilər.

Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda keçirilən beynəlxalq seminarda bildirib.

BMT-nin kənd təsərrüfatının inkişafı agentliyinin İFAD-ın təşkilatçlığı ilə Azərbaycanda kənd təsərrüfatı sektorunun gələcək inkişafının layihələndirilməsi üzrə keçirilən təhlil seminarında ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Haqan subsidyaların nə vaxt azaldılacağı barədə sual verib. O, kənd təsərrüfatının biznes əsaslar ilə qurulmasının özünün maliyyələşdirməsinin daha vacib olduğunu vurğulayıb.

Bununla bağlı Heydər Əsədov bildirib ki, Azərbaycan yəqin ki, gələcəkdə subsidyaların azaldılması üzərində düşünə bilər. Amma, hələ ki, mövcud şərait bizdən subsidyaları artırmağı və davam etdirməyi tələb edir.

Jurnalistlərlə söhbət edən nazir bildirib ki, qərb ölkələrinin özündə də subsidyalar praktikası var. "Buna görə də istər beynəlxalq təşkilatlar olsun, istərsə də xarici dövlətlər olsun bu barədə tələblərə fikir verməyəcəyik”,- deyə nazir bildiirb. 

ANS PRESS-in subsidyaların nə zaman dəyişdiriləcəyi və istehsal olunan məhsula görə subsidiya verilməsi mexanizminin tətbiq ediləcəyi barədə suala isə Heydər Əsədov bildirib: "Belə bir mexanizmin tətbiq edilməsi üçün ilk öncə biz kənd təsərrüfatını dəqiq öyrənməliyik. Hazırda fermer təsərrüfatlarının və kənd təsərrüfatı istehsalının elektronlaşması üzərində iş gedir. İş başa çatdıqdan sonra mexanizm üzərində də düşünəcəyik”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR