Qubada “Alma bayramı” - VİDEO

img

23-10-2014 [14:47]


Oktyabrın 22-də Qubada üçüncü dəfə "Alma bayramı” qeyd edilib. 2012-ci ildən etibarən ənənəvi olaraq hər il təşkil edilən "Alma bayramı” şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub. 

Bayram tədbirinə Milli Məclisin deputatları, qonşu rayonların icra strukturlarının rəhbərləri, 100-dən artıq xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Bayram tədbirinə qatılan xarici ölkə nümayəndələri mərasimdə təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.

"Alma bayramı”nda qubalı bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR