Van Damm kefləndi, türk qızlarını təhqir etdi, jurnalistlərə hücum çəkdi - FOTOLAR

img

23-10-2014 [14:14]


51-ci "Qızıl portağal” film festivalına qatılmaq üçün Türkiyəyə gedən tanınmış aktyor Van Damm İstanbulu bir-birinə qatıb.

Türkiyə mətbuatı xəbər verir ki, bir neçə gün İstanbulda qalan ulduz əylənmək üçün gəldiyi "Reina” gecə klubunu bir-birinə qatıb. İçkinin miqdarını artıq etdiyi üçün sərxoş olan aktyor çəkildiyi filmlərdəki döyüş bacarıqlarını sərgiləməkdən çəkinməyib.

Ayaqda durmaqda çətinlik çəkən ulduz əlindəki spirtli içki şüşəsini yerə vurub sındırıb. Ardınca isə dizi üstə çökərək ünvansız söyüşlər söyüb.

Köməkçiləri restoranın içində sakitləşməyən aktyoru masaj edərək onu sakitləşdirməyə çalışıblar. Tanınmış ulduz birgə əyləndiyi türk qızların üzərinə bir neçə dəfə qışqıraraq onları təhqir edib.

Dəliyə dönən Van Dam hirsini fotomüxbirlərdən çıxarmağa çalışıb.

Müxbirlərdən birinə təpik atan Van Damm bu təpiyi boşa gedincə, digər müxbirin üzərinə cumub (Lent.az).



Digər xəbərlər
SON XƏBƏRLƏR