Federal nazir Bakıya son səfərini xatırladı - İlham Əliyevlə görüş

img

23-10-2014 [13:45]


Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayeri qəbul edib.

Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və digər istiqamətlərdə inkişafı və görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın geniş sahələri əhatə etdiyini vurğulayıb.

Nazir Frank-Valter Ştaynmayer ölkəmizə son səfərini məmnunluqla xatırlaraq, həmin səfərdən keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu qeyd edib. O, Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR