Dəhşətli qəza anı: 82 saylı marşrutun sahibinə sərt cəza - FOTOLAR 18+

img

23-10-2014 [13:36]


Bakıda dəhşətli qəza törədən avtobus sürücüsü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

ANS PRESS-in məlumatına görə, hazırda hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

İlkin ehtimala görə, yaşlı kişi səkidə dayanıbmış. Avtobus onun ayağını vurub. Kişi zərbənin təsirindən avtobusun təkərinin altına düşüb. Onun meyidi uzun müddət avtobusun təkəri altından çıxarıla bilməyib.

Məsələ ilə əlaqədar Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirov ANS PRESS-ə açıqlamasında bildirib ki, hazırda hadisə ciddi şəkildə araşdırılır. Qurum rəsmisinin sözlərinə görə, qəza törədən 82 saylı avtobusun sahibkarı ciddi şəkildə cəzalandırılacaq.

"Çox güman ki, avtobus xətti sahibkarın əlindən alınacaq. Əgər kimsə avtobus işlədə bilmirsə, getsin başqa işlə məşğul olsun. İnsanların həyatı bahasına pul qazanmaq olmaz! Bundan sonra qəza törədən avtobusun sürücüləri ilə yanaşı sahibkarlar da ciddi şəkildə cəzalandırılacaq. Sahibkarlara daha ağır cəzalar verilməlidir!”, - deyə Elçin Nəsirov bildirib.























Mənbə

Digər xəbərlər
SON XƏBƏRLƏR