Otel tikintisində qanunsuzluq aşkar edildi

img

23-10-2014 [12:59]


Vergilər Nazirliyi sahibkarlara yenidən xəbərdarlıq edib.

Nazirliyinmətbuat xidmətindən verilən məlumata görə, işçilərinəmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi halları aşkarlanarsa, həmin şəxslərə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Muzdlu işə cəlb edilən şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən aparılan təsirli tədbirlərə, eləcə də işəgötürənlər arasında təbliğatın və maarifləndirilmə işlərinin gücləndirilməsinə baxmayaraq, bəzi işəgötürənlər hələ də işçilərlə əmək müqavilələri bağlamadan və iş yerlərini rəsmiləşdirmədən vətəndaşları müxtəlif işlərin görülməsinə cəlb etməklə, mövcud qanunvericiliyin tələblərini kobud surətdə pozurlar.

Vergilər Nazirliyi tərəfindən əmək münasibətlərisahəsində həyata keçirilən əməliyyat nəzarət tədbirləri nəticəsində Binəqədi rayonunda yerləşən, Zülfüqarov Samir Sənan oğluna məxsus idman-əyləncə mərkəzinin tikintisində 20 nəfərin, Səbailrayonu Badamdar qəsəbəsində yerləşən, Qarahmədov Elxan Cəmi oğluna məxsus otel tikintisində isə 27 nəfərin Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilən işçilərdən alınmış izahatlardan aydın olub ki, onların tikinti obyektlərində xeyli müddət işləmələrinə baxmayaraq, heç biri ilə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı rəsmiləşdirmə işləri aparılmayıb. Bundan əlavə, hər iki şəxsin vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu da müəyyən edilib və hər iki faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR