Kəmaləddin Heydərovdan sərt addım, nazir iki idmançını işdən qovdu

img

23-10-2014 [12:40]


Azərbaycan Taekvando Federasiyasının başməşqçisi, taekvando üzrə yığma komandamızın rəhbəri Ələkbər İmaməliyev baş məşqçi postundan uzaqlaşdırılıb.

Mia.az xəbər verir ki, bu barədə AzNews.az-a Gənclər və İdmanNazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. O, yığmanın gənclər üzrə məşqçisi Gündüz Abdullayevin də vəzifəsindən kənarlaşdırıldığını təsdiqləyib.

Hər iki şəxsin işdən çıxarılması taekvandoda heç bir nəticə əldə edə bilməmələri ilə əlaqəli olduğu deyilir.

Qeyd edək ki, Taekvando Federasiyasının prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR