Bacısının başını kəsməsinin səbəbini açıqladı - cinsi azlıq şoku

img

23-10-2014 [11:48]


Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb. Lent.az-ın məlumatına görə, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızınınbacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla öldürülməsi müəyyən edilib və o, saxlanılıb.


P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısı cinsi azlıq nümayəndəsi olub və evə cinsi azlıq nümayəndəsi olan qızları gətirirmiş. O, kiçik bacısına bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib.

Lakin musiqi məktəbininpianosinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb. Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.

Ötən gün günorta saatlarında başı kəsilən 20yaşlı Günel Etibar qızı Nuriyevanın ailəsi Şəkidə sayılıb-seçilən ailələrdən biridir. Məlumata görə, Etibar Nuriyev tanınmış biznesmendir.

Bacısını qətlə yetirən qız saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR