“Əsəblərimi artıq cilovlaya bilmirəm” – Professor PA-nın şöbə müdirinə yazdı

img

23-10-2014 [11:40]


Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma xanım Abdullazadəyə müraciət edib.

Mia.az-a göndərilən müraciəti qısa ixtisarla təqdim edirik:

Çox hörmətli Fatma xanım! Birinci müraciətimi yüksək səviyyədə qəbul edib, sabiq rektor Şəmsəddin Hacıyevə obyektiv göstəriş verdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Siz bir çox kişilərdən fərqli olaraq, insanlıq münasibətinizi bir daha sübut etdiniz. Təkrarən Sizə minnətdarlığımı bildirirəm.

Çox hörmətli Fatma xanım! Mənim səmimiliyimə inana bilərsiniz. Əgər bilsəm ki, mən bir faiz deyil 0,01% haqsızam, onda mən ikinci dəfə sizə müraciətimi özümə şərəfsizlik bilərdim.

Çox hörmətli Fatma xanım! Sabiq rektor Ş.Hacıyevin dövründə 1987-ci il daha pis və dəhşətli formada təkrar olunurdu. Bunun qarşısını almaq üçün bütün təşəbbüslərim Ş.Hacıyev tərəfindən süngi ilə qarşılanırdı. Ona görə də 2011-ci ilin oktyabr noyabr aylarında Ş.Hacıyevin qanunsuz hərəkətlərinə etiraz əlaməti olaraq, kafedra müdiri və rektorun müşaviri vəzifələrindən azad olmaq üçün Ş. Hacıyevə ərizə ilə müraciət etdim. (ərizələri əlavə edirəm). Ş.Hacıyev saxtakarlıq edərək məni ərizələrim əsasında deyil, kafedra müdirliyindən seçki komissiyasının "araşdırması” əsasında, müşavir vəzifəsindən isə səhhətimlə əlaqədar işin öhdəsindən gələ bilməyən kimi işdən çıxarmışdır. (əmrləri əlavə edirəm). Üstəlik, professor kimi vəzifəmi yerinə yetirməyə mane olan bu adam mənə "xətən xaini” damğası vuraraq, əmr olmadan universitet binalarına daxil olmağa qadağa qoymuşdur. Bu proses indi də davam etdirilir.

Yaratdığım "İqtisadi Kibernetika” kafedrasına məsləhətçi qəbul etmək təklifimdən də imtina etmişdir. (ərizəmi əlavə edirəm). Bundan sonra çarəsiz qalıb müvafiq orqan rəhbərlərinə müraciət etmək məcburiyyətində qaldım. Prokurorluqdan 250 dəfə, Təhsil Nazirliyindən 150 dəfə və məhkəmə sistemindən 89 dəfə cavab aldım ki, şikayət ərizələrinizdə göstərilənlər öz təsdiqini tapmır.

Çox hörmətli Fatma xanım! Aldığım təxminən 500 dəfəlik cavabların həqiqəti necə əks etdirdiyini cənab Prezident İlham Əliyevin ŞƏHacıyevi vəzifəsindən azad edən sərəncamı sübet edə bilər. Bəli, cənab Prezident məmurların saxta qərar və arayışlarına inanmayıb, Ş.Hacıyevi haqlı olaraq tutduğu vəzifədən azad etməklə tələbə və valideyinləri soyulmaqdan xilas etdi. Lakin Ş. Hacıyev tərəfindən mənim pozul-muş hüquqlarım hələ də bərpa edilməyibdir. Dünyadan Ş.Hacıyev tərəfimdən "vətən xaini” damğası vurulub işdən qovulan kimi getmək istəmirəm. Əsəblərimi artıq cilovlaya bilmirəm. Ona görə də 1987-ci il bu və ya başqa formada daha dəhşətli halda təkrar oluna bilər. (1987-ci ilin bəzi sənədlərini əlavə edirəm).

Ehtiyac olsa Moskvada ulu öndər H.Əliyev və A.Qramıko ilə söhbətimizin videokasetini də təqdim edə bilərəm. Ona görə də acizanə Sizdən xahiş edirəm ki, ədaləti bərpa edib, mənim professor vəzifəmi müvəqqəti də olsa davam etdirməkdə köməklik göstərəsiniz.

Hörmətlə: iqtisad elmlər doktoru, professor, Dövlət mükafatı laureatı, respublikada "İqtisadi Kiber-netikanın” yaradıcısı və təşkilatçısı, respublika və xarici dövlətlər üçün 60-dan çox elmlər namizədi və doktoru yetişdirən, namizədlik və doktorluq disertasiyalarının müdafiə şurasına sədrlik edən, əlaçı təhsil işçisi, 19 dəfə fəxri fərmanla təltif olunan, 15 rektorla 60 il İqtisad Universitetində bütün vəzifələrdə işləyən, 40 ildən çox İqtisad Universitetinin "İqtisadi Kibernetika” kafedrasının müdiri, 12 il rektorun müşaviri, 10 il dekan, 8 il prorektor işləmiş Bədirxan Sarı oğlu Musayev. 


Digər xəbərlər
SON XƏBƏRLƏR