Rusiyanın dövlət qurumu Azərbaycanın ərazi bütövlüyünü pozub - Fakt

img

23-10-2014 [11:36]


Azərbaycanın dünya tərəfindən tanınan ərazi bütövlüyü bəzi qüvvələr tərəfindən zaman-zaman şübhə altına alınır.

Rəsmi Bakı bu kimi hallara çox həssas yanaşır və dərhal öz etirazını bildirir. Modern.az saytı xəbər verir ki, bu dəfə Azərbaycanın ərazi bütövlüyünü pozan qurum Rusiya Daxili İşlər Nazilriyinin Dövlət Avtomobil Müfəttişliyi (rusca – ГИБДД, keçmiş ГАИ) xidmətidir.

Rusiyada Azərbaycan Dövlət Yol Polis İdarəsinin anoloji səlahiyyətlərini icra edən müfəttişlik vətəndaşlara təqdim etdiyi sürücülük vəsiqələrində Azərbaycanın ərazi bütövlüyün pozub.

Belə ki, sürücülük vəsiqələrində Azərbaycanın Dağlıq Qarabağ ərazisində anadan olan erməni əsilli Azərbaycan vətəndaşlarının doğlulduğu yer kimi Azərbaycan Respublikası deyil, sadəcə "Dağlıq Qarbağ” sözləri yazılır.

Nümunə üçün Rusiya Dövlət Avtomobil Müffətişliyinin Moskva şəhəri üzrə idarəsinin erməni əsilli vətəndaş Emil Arzanqulyana təqdim etdiyi sürücülük vəsiqəsinə diqqət etmək kifayətdir.
Rusiya Federasiyasının rəsmi dövlət qurumunun ölkəmizin ərazi bütövlüyünü şübhə altına alması istənilən halda qəbulolunmaz faktdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR