Noyabrın 4-ü Aşuradır-QMİ

img

23-10-2014 [11:31]


Bu gün QafqazMüsəlmanları İdarəsində müşavirə keçirilib.

Tədbirə Dini Komitə sədri Mübariz Qurbanlı da qatılıb. QMİ sədri, şeyx Allahşükür Paşazadə deyib ki, ilk dəfədir Dini Komitə ilə birgə müşavirə keçirilir: "Qarşıda Aşura günü gəlir. Bunu da öz ənənələrimizə uyğun olaraq keçirəcəyik. Əsas məsələlərdən biri də Məhərrəmlik ayı ilə bağlı fətva verəcəyik. Biz dini ayinləri yerinə yetirərkən ictimai asayişi pozmamalıyıq".

***

Bundan sonra Hacı Fuad QMİ-nin fətvası oxuyub: "Aşura günü noyabrın 4-ə təsadüf edir. Aşura mərasimləri məscidlərdə, icazə şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər. Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə xəsarət yetirməməlidirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR