Prezident bələdiyyələrin səlahiyyətini artırdı

img

23-10-2014 [10:20]


2009-cu ilin dekabrında keçirilən seçkilərdə formalaşmış hazırkı bələdiyyələrin səlahiyyəti dekabrın 23-də başa çatır. Ona görə də Mərkəzi Seçki Komissiyası növbəti bələdiyyə seçkilərini 23 dekabra təyin edib. Respublika üzrə 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir. Bələdiyyə seçkiləri erməni işğalı altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.


Bələdiyyə seçkilərinin günü təyin olunandan bir gün öncə prezident İlham Əliyev "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” prezidentinin 2007-ciil 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişiklik edib. Dəyişikliyə görə Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yolları müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, yol qurğuları isə müvafiq bələdiyyələrin balansına verilir. Ölkə prezidentinin bu addımı ilə bələdiyyələr yeni səlahiyyətlər əldə etmiş oldular.

Digər xəbərlər
SON XƏBƏRLƏR