Dəhşət: 3 yaşlı uşağı zorladılar - Polis bütün şəhəri axtarır

img

22-10-2014 [22:18]


Hindistanda dəhşətli hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Benqalor şəhərində məktəbdə 3 yaşlı uşaq naməlum şəxs tərəfindən zorlanıb. Naməlum şəxs qızı birinci qızı döyüb, daha sonra isə zorlayıb. Polis hazırda hadisə yerindən qaçan həmin şəxsi axtarır.

Polis müşahidə kameralarını araşdırır və uşağın sağlamlıq vəziyyəti haqqında məhkəmə-tibbi ekspertizanın hesabatını gözləyir.

"İlkin tibbi yoxlama uşağın bədənində zorakılığın izlərini aşkar edib. Qız indi şokdadır", - polis bildirib.

Polis məktəbdə işləyən altı kişi müəllim dindirilib. Onlardan hələ heç kim həbs edilməyib.

Qeyd edək ki, ötən il Hindistanda avtobusda 21 yaşlı tələbə qız kütləvi zorlanmaya məruz qalmışdı. Bundan sonra ölkəni zorlamalara qarşı kütləvi etiraz dalğası bürümüşdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR