Bakıda tələbə qız yaşadığı evdə başı kəsilmiş halda tapılıb - VİDEO (YENİLƏNİB)

img

22-10-2014 [20:41]


Bakıda dəhşətli qətl törədilib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.

Faktla bağlı cinayət işi başlanıb, hazırda hadisəni tərədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

***

Bakıda evində başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

ANS PRESS-in hadisə yerinə ezam olunmuş əməkdaşı Ruslan Eldaroğlunun məlumatına görə, qətl hadisəsi törədilən zaman Günel Nuriyeva evdə tək olub. Qətl hadisəsi günorta saatlarında baş verib. Verilən məlumata görə, əslən Şəki rayonundan olan G.Nuriyeva yaşadığı evdə bacıları ilə birlikdə kirayə qalırmış. Onların hər üçünün tələbə olduğu bildirilir.

G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR