Qubernator İcra Hakimiyyətinə gəldi - FOTOLAR

img

22-10-2014 [18:01]


Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin  rəhbərlik etdiyi nümayəndə heyətinin 21-22 oktyabr 2014-cü il tarixlərində ölkəmizə işgüzar səfəri baş tutub.

Səfər şərçivəsində nümayəndə heyətinin Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə görüşü olub. Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri  həyata keçirilmiş və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.  A.Fərzəliyev Azərbaycan tərəfindən Rusiya Federasiyasının Həştərxan vilayətində aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayıb.

Qeyd edək ki, 2010-cu ildə Həştərxan şəhərinin mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  abidəsinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur. Abidənin yerləşdiyi və 3,5 hektar ərazini əhatə edən parkda abadlıq və yenidənqurma işləri aparılmış və sakinlərin istifadəsinə verilmişdir.

2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 nümrəli orta məktəb tam rekonstruksiya olunmuş, iki yeni korpusu inşa edilmiş və şagirdlərin təhsilini lazımi şəkildə təşkil edilməsi üçün bütün şərait yaradılıb.

2012-ci ildə Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla  xanım Əliyevanın iştirakı ilə Rusiya-Azərbaycan Dostluq körpüsünün və Heydər Əliyev adına parkda "Arzu” uşaq əyləncə şəhərciyinin açılış mərasimləri baş tutub.

2013-cü ildə Həştərxan şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış Müqəddəs Knyaz Vladimirin abidəsinin açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla  xanım Əliyeva həmçinin "Arzu” uşaq kafesinin açılışında da iştirak edib.

2014-cü ildə isə Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbin nəzdində müasir memarlıq üslubunda inşa edilmiş 140 yerlik yeni uşaq bağçasının Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirakı ilə açılış mərasimi baş tutmuşdur.





Digər xəbərlər
SON XƏBƏRLƏR