ABŞ paraşütlə silah atdı, İŞİD ələ keçirdi - FOTOLAR

img

22-10-2014 [16:57]


Ötən gün sosial şəbəkələrdə paylaşılan İŞİD terrorçu təşkilatının üzvlərindən birinin videosu böyük müzakirəyə səbəb olub. 

ANS PRESS-in məlumatına görə, paylaşılan videoda üzü maskalı terrorçu bir paraşütün yanında kameraya danışıb.

İddiaya görə, ABŞ terrorçuların olduğu bölgədə silahlılarına yardım göndərən paraşütlərdən biri İŞİD silahlılarının əlinə keçib. Danışan terrorçu sandıqları tək-tək açıb və silahları göstərib.

Silahlar içərisində əl bombaları, alovsaçan qurğu, tank əleyhina bomba və zirehdeşən güllələr olub.

Hadisə ilə bağlı Pentaqondan açıqlama gəlib Açıqlamada bildirilib ki, müharibənin getdiyi əraziyə silah dolu 27-28 silah dolu paraşüt atılıb. Həmin paraşütlərdən birinin terrorçular tərəfindnə vurulduğu ehtimal edilir. Həmçinin bildirilib ki, göndərilən yardımın çoxu doğru istiqamətə göndərilib. Yalnız biri terrorçuların əlinə keçib.



















Digər xəbərlər
SON XƏBƏRLƏR