ARDNŞ Yardımlıda daha bir kəndə qaz verdi

img

22-10-2014 [16:51]


Yardımlı rayonunun Daşkənd kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ARDNŞ bildiriblər ki, bu münasibətlə oktyabrın 22-də keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 159 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 min 582 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlər sayğacla təmin olunub, fərdi tənzimləyicilər quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR