Lalə Şövkət Bakıya qayıtdı, o, xarici siyasətçilərlə görüşür

img

22-10-2014 [14:50]



Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva artıq Bakıya qayıdıb. Bu barədə Modern.az saytına ALP sədri Əvəz Temirxan məlumat verib.

O bildirib ki, Bakıya qayıdan Lalə Şövkət həmişə olduğu kimi, siyasi proseslərin analizi ilə məşğuldur.
"Lalə Şövkət Bakıdadır. O, hər gün siyasi informasiyanın analizini aparır. Geniş mütaliə ilə məşğul olan xanım siyasətçi xarici qonaqlarla da yaxından təmasda olur. Təbii ki, xarici qonaqlar hər gün ölkəmizə təşrif buyurmasa da, Lalə xanım həftədə bir dəfə əcnəbi ölkədən gələn qonaqları qəbul edir. Azərbaycanda elə bir siyasi fəaliyyət növü yoxdur ki, Lalə xanım onunla maraqlanmasın. Xarici qonaqlar daha çox Avropa ölkələrindən, Türkiyə və Amerikadan gəlirlər”.

Qeyd edək ki, Əvəz Temirxan bir müddət öncə ALP lideri Lalə Şövkətin Azərbaycan rayonlarının birində, kəndə çəkildiyini demişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR