Qadın özündən 15 yaş kiçik oğlana təcavüz etdi

img

22-10-2014 [13:50]


30 yaşlı qadın 15 yaşlı gəncə təcavüz edib. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bəyoğlunda tək başına gəzən M.B-nin qarşısına fahişəlik edən Sultan K. çıxıb. O, uşağa "Gəl birlikdə olaq. Məmnun qalarsan”deyib. Məlumata görə, qadın gəncin təklifi rədd etməsinə baxmayaraq, qolundan tutub onu evə aparıb. Cinsi əlaqə qarşılığında 50 TL(20 AZN) verməli olduğunu deyən Sultan.K uşağı təhdid də edib. Qorxan uşaq qadının dediklərini yerinə yetirib. O, Sultanin 15 TL(6 AZN) əlavə istəməsindən sonra 10 TL (4 AZN) təklif edib. Pulun az olduğunu deyən qadın ondan daha 50 TL (20AZN) alıb. Polisin verdiyi məlumata görə, qadın "Sus səsini çıxarma, yoxsa səni salondakı translara verərəm” deyərək gənci təhdid edib. Qadın istintaqa "50 TL-yə razılaşdıq. Otağa girəndə isə mənə 100 TL uzadaraq, qarşılığını ver dedi. Birlikdə olduq Sonra o, çıxıb getdi. Bir qədər sonra polislərlə birlikdə gəldi. Yaşının az olduğunu bilmirdim” deyərək özünü müdafiə edib. Prokurorluq Sultan.K-nin 30 il azadlıqdan məhrum edilməsi ilə bağlı iddia qaldırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR