BDU-da aksiya keçirmək istəyən tələbə danışdı

img

22-10-2014 [13:46]


Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovun universitetdə asayişi pozmasından şikayətləndiyi tələbə Hüseyn Novruzov Hafta.az-a məsələ ilə bağlı açıqlama verib. D.Qənbərov tələbələrin heç bir problemləri olmadığını söyləsə də, H.Novruzov başqa fikir bildirdi:

"Biz dəliyik ki, problemimiz olmadan "event” yaradıb, imza yığırıq? Qanunlar çərçivəsində imza yığıb, prezidentə göndərmək istəyirik. Hansı qanunda imza yığmağa qadağa var? Bizə maraqlıdır ki, nəyə görə prezidentə müraciət etməyimizin qarşısını almaq istəyirlər? Hər halda qarşımızı almaq istəsələr demək, qanunsuzluq edən biz yox, onlardır. Problemimiz də odur ki, alt qruplarda oturmaq üçün əlavə ödəniş edirik. İstəyirik ki, bu qərar ləğv edilsin”.

Etiraz olunan qərarın universitet səlahiyyətləri çərçivəsindən kənarda olduğunu söylədiyimizdə isə tələbənin cavabı belə oldu:

"Bilirəm onların səlahiyyətində deyil. Biz onlardan heç nə istəmirik. Ona görə də imzaları yığıb, prezidentə göndərəcəyik. Universitetdən istədiyimiz odur ki, yalnız imza yığmağımıza müdaxilə, imza atanlara da təzyiqlər etməsinlər”.

Qeyd edək ki, daha öncə tələbələrin məlum aksiyasına münasibət bildirən BDU THİK-nin rəhbəri Daşqın Qənbərov Hafta.az-a aşağıdakıları söyləmişdi:

"Sosial şəbəkələrdə prezidentə müraciətlə bağlı dəvəti təşkil edən universitetin kitabxanaçılıq-informasiya fakültəsinin 4-cü kurs tələbəsi Hüseyn Novruzov və onun ətrafında birləşən bir neçə tələbədir. Əslində onların heç bir problemi yoxdur. Onlar əsassız iddialar irəli sürürlər. Artıq bu kimi hallar həmin tələbələrin düşüncəsində ənənəvi xarakter alıb. Hesab edirəm ki, müvafiq qurumlar bu kimi əsassız və məsuliyyətsiz çağırışlarla bağlı tədbirlər görəcəklər”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR