Rusiya Ukraynaya sanksiya qoydu - Qadağalar (VİDEO)

img

22-10-2014 [13:25]


Bu gündən etibarən Rusiya Ukraynada yetişən bütün növ bitkilərin ölkəyə idxalı və tranzit keçidinə qadağa qoyub. 

ANS TV-nin məlumatına görə, Rusiyanin Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin məlumatına əsasən, Ukraynadan gələn bitki məhsulları gömrük keçidinə ticarət nişanı olmadan gətirilir. Bu isə məhsulun Rusiyanın cavab sanksiyaları tətbiq etdiyi Avropa Birliyi ölkələrindən gətirilməsi şübhəsi yaradır. Eyni zamanda Ukraynadan daxil olan bitki məhsullarında çox vaxt kənd təsərrüfatı ziyanvericiləri aşkarlanır. 

Nəzarət Xidməti məsələ ilə bağlı Ukrayna hökümətinə göndərdiyi sorğuların cavabsız qaldığını deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR