Heydər Əliyevlə bağlı arxivi kim satın alıb?- Kəmaləddin Heydərovun adı ilə müdhiş dələduzluq iddiası

img

22-10-2014 [12:24]


Şair-publisist Heydər Oğuz redaksiyaya əslində sensasiya hesab olunacaq bir məlumat verib. Daha doğrusu, Oqtay Daşoğuz adlı bir şəxs ona bu barədə problemini danlşaraq kömək istəyib, başına gətirilənlərin Moderator.az vasitəsilə lazımi ünvanlara çatdırılmasını xahiş edib…
Sən demə, Oqtay bəy 90-cı illərin əvvəllərində Naxçıvanın ən üzdə olan fotoqraflarından olub və o Heydər Əliyevin Naxçıvandakı illəri barədə heç kimdə olmayan unikal arxiv materialları, fotosənədlər, hətta çoxsaylı videomateriallar da toplayıb. Günlərin bir günü isə qərara alıb ki, bu arxivi sinəsinə Heydər Əliyevin qızıldan düyməciyini taxan bir irikalibrli məmura versin, əvəzində ondan haqq etdiyi pulu alaraq şəxsi ehtiyaclarını ödəsin. Amma müraciət etdiyi ünvanlardan heç birindən səs çıxmayıb, təkcə fövqəladə səlahiyyət və dəyər sahibi olan Kəmaləddin Heydərovdan savayı…
Ona bu xəbəri çatdıran adama və ya adamlara (aradakı vasitəçiləri biz bilsək də açıqlamağa lüzum görmədik, inanırıq ki, K. Heydərov istəsə onu iki dəqiqəyə müəyyənləşdirə biləcək) təcili deyib ki, mən həmin arxivi alıram. Beləliklə, Oqtay bəyə çatan məlumata görə ona 45 min manat təklif olunub və o da bu məbləğlə razılaşıb. Amma arxivləri təqdim etsə də vəd olunan pul gəlib çatmayıb.
Ona bəlli olub ki, K. Heydərov həmin pulu vasitəçilərə verib, amma pul yolda yoxa çıxıb. İndi Oqtay Daşoğuzu od götürüb ki, belə bir adamın adından istifadə edənlər də dələduzluğa əl atırlar, Allahdan və fövqəlnazirin qəzəbindən qorxmayaraq…
Şikayətçini daha çox narahat edən bir məqam həmin arxivin surətinin çıxarılaraq yayılması ehtimalı və ondan dələduzların daha çox pul qazanmaq istəyidir. Üstəlik, şikayətçi deyir ki, orada elə fotolar və videolar var ki, onların ictimailəşdirilməsi məsləhət deyil. Məsələn, Heydər Əliyein özünün müxtəlif tədbirlərdə və görüşlərdəki çıxışları, işlətdiyi ifadələr, həm də onun əleyhinə məhşur adamlar tərəfindən işlədilmiş ifadələr var. Oqtay Daşoğuz bunlara misal kimi vaxtilə Heydər Əliyevin maştağalılar haqqında işlətdiyi fikirlərin bu gün internet resurslarına ayaq açmasını göstərir.
Ümid edirik ki, haqq yeri tapacaq və nazirin adından dələduzluq edənlər payını alacaq…

Digər xəbərlər
SON XƏBƏRLƏR