Azərbaycan səhiyyəsinin real vəziyyəti və ya xəstəxanalarda yazılmayan qanunların səbəbləri - Müsahibə

img

22-10-2014 [11:42]


Bu gün cəmiyyətimizdə həkimlərin xəstələrə "firma dərmanlar” yazıb, buradan qanunsuz qazanc (faiz göturməsi) haqda dövrü mətbuatda çox yazılıb. Bu və ya digər məsələrlə bağlı "Azad İstehlakçılar Birliyinin nəznində yaradılmış Tibbi müayinə, müalicə, profilaktik və bərpa iştirakçı hüquqların müdafiəsi komissiyasının sədri Əhməd Rəhmanovla söhbətləşdik: 

- Əhməd müəllim, ilk əvvəl rəhbərlik etdiyiniz komissiyanın yaranması və onun missiyası haqda nə deyə bilərsiniz? 

- Komissiyamızın yaranması Azərbaycanın tibb, müalicə və bərpa müəssisələrində olan problemləri araşdırmaq və onun həlli yolları haqda təkilflər vermək və sair bu istiqamətdə fəaliyyətə köklənib. Eyni zamanda xaricə müalicəyə qacan passientlərimizin öz tibbimizə olan inamını geri qaytarmaqdır. Buna görə biz tək tibb yox, eləcə də sosial problemlərin həllini araşdırmaga çalışırıq. Çünkü bunlar bir- biri ilə sıx bağlı problemlərdir. 

Onu da deyim ki, komissiyamız tamamiylə könüllülərdən ibarətdir, yəni ictimai əsaslar üzərində qurulub. Hər birimiz ayrı sahədə işləyirik, o səbəbdən komissiyadan gəlir də gözləmirik. Aramızda içi mən qarışıq, 2 nəfər fiziki məhdudiyyətli insan (mən 2-ci qrup Qarabağ əliliyəm)  - bir həkim, 2 hüquqşünaş və bir jurnalist vardır.

- Əhməd, bu gün cəmiyyətdə söz-söhbər var ki, həkimlər resept yazarkən firma dərmanlarına üstünlük verir. Eyni zamanda, başqa özəl müəssisələrə göndərilən xəstələrə görə faiz alırlar. Bu, xoşagəlməz söz-sohbətin əsasında nə durur?

- Bütün bu söhbətlərə keçmədən bir problemə toxunmaq istəyirəm. Deyim ki, sualınızın əsas kökünü həkimlərdə yox, ümümən tibb sisteminin yararsız olmasında axtarmaq lazımdı.Məsələn, bu gün dövlət tibb müəssisələrində işləyən həkimlərimizin demək olar 80 faizi yarimştat cədvəllə işləyir. Yani hər belə həkimin orta aylıq əmək haqqı 85-100 manat arasındadır. Sual olunur, bəs, bu həkim hansı yolla dolanmalıdır və nəyə görə həkimlər yarımştat işə qəbul olunurlar?

Elə buna görə ortaya xoşagəlməz hallar çıxır. Yəni maaş azlığı həkimləri özəl müəssisələrə xəstə "ötürməyə”, eyni zamanda, bahalı firma dərmanları yazıb, həmin firmalardan müəyyən faiz almağa məcbur edir. Bu problemi həll etmək üçünsə mütləq ilk növbədə maaşları qaldırmaq lazımdır.

Digər yandan, dövlətimizn gözəl qanunlarından biri də pulsuz tibbi xidmətdir ki, bunun mexanizmi də tam realizə olunmur. Məsələn, hər bir poliklinikada şəkər və digər xəstələr ücün pulsuz müəyyən dərmanlar verilir. Amma bu dərmanlar yetərli səviyyədə olmur.

Indi belə təsəvvur edin ki, rengenə gəlmisiniz və rehgenoluqun ona verilən 20 və ya 30 plyonkası artıq qurtarıb. Sizin və ya elə mənim özümün ilk növbədə olan reaksiyamız o olacaq ki, həkim məni aldadır və plyonkani mənə pulla satmaq fikrindədir. Eləcə də Endokrinoloqu götürək, 300 nəfər xəstəsi olan dispanser həkiminə 20 ədəd bahalı dərman verəndə, həkim xəstəyə necə başa salsın ki, bu dərmanlar səndən əvvəl gələn xəstəyə daha cox vacib olduğundan ona verilib?

Bax, bütün bunlar xəstə ilə passient arasinda ucrum yaradır. Əsl təqsirkar, yəni bu prosesi idarə edən tibb məmuru isə qalır kənarda. Beləliklə, həm passient, həm də həkimin hüququ pozulur. Bütün bunlar isə tibb mexanizminin düzgün qurulmaması və ya işləməməsindən irəli gəlir.

- Belə problemlərlə bağlı müraciət edənlər cox olur, yoxsa...? 

- Təəssüf ki, cavabım müsbətdir. Ancaq elə bir vəziyyət yaranıb ki, çox adam xahiş edir ki, anonimliyi saxlayaq. Digər yandan, vətəndaş öz hüququnu müdafiə etmək əvəzinə, "5-10 manat verim, təki başım sakit olsun” prinsipini də özünə daha yaxın bildiyi üçün belə hallar kütləviləşib. Buna görə zəng vurub hansısa fakt barədə informasiya verənlərin çoxunun köməyinə gedə bilmirik. Bizim komissiyanın əsasnaməsinə görə, vətəndaş ilk növbədə bizə müraciəti yazılı formada təqdim etsin. Lakin bunlara baxmayaraq, biz çalışırıq ki, hər kəsə məsləhət verək. 

- Bahalı müayinə, həkimlərin firma dərmanlarına üstünlük verməsi və sair haqda nələr deyə bilərsininz? 

- Razıyam. Belə hallar çoxdur. Ancaq yuxarıda dediyim kimi, bu işbazlığın qarşısını almaq üçün öncə maaşları qaldırmaq lazımdır... 

- Bəs, dövlət qurumlarının Sizin bu fəaliyyətimizə münasibəti necədir? 

- Dövlət qurumlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyinə məktublar ünvanlayıb, onların apardıqları yoxlamalarda ictimaiyyətin bir üzvü kimi iştirak etmək arzusunda olduğumuzu bildirmişik. Lakin hələ ki cavab almamışıq. 

- Deyirsiniz ki, poliklinika və xəstəxanalarda olursunuz. Burada hansı pozuntularla rastlaşırsınız? 

- Pozuntular coxdur, bir neçəsini saya bilərəm. Məsələn, Uşaq poliklinikalarında peyvənd preparatlarının siyahısı, tərkibi və əks göstəriciləri barədə heç bir stend və ya plakat yoxdur. Halbuki, bu "Yoluxucu xəstəliklərin immuno-profilaktikası haqqında” qanunun 6-cı və "İstehlakcıların hüquqlarının müdafiəsi haqqında” qanunun 5-ci maddələrinin pozulması deməkdir.  Bunlardan əlavə, dərman problemi ən ağrılı yerdir. Müharibə əlili olduğum üçün deyə bilərəm ki, əlillərə pulsuz verilən dərman siyahısında olan preparatlar, həm çox məhduddur, həm də bu siyahını nədənsə gizli saxlayırlar...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR