Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarına büdcədən 58 milyon

img

21-10-2014 [22:31]


2015-ci ildə dövlət büdcəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat ayrılması nəzərdə tutulur. 

Layihədə diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 58,4 milyon, beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycana məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 milyon manat, beynəlxalq fəaliyyətin təmin edilməsi xərcləri üçün 132 milyon manat vəsait proqnozlaşdırılır. Həmin vəsaitin 100 milyon manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək.

2015-ci ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 60 milyon manat vəsait nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR