Hökumət yaşayış minimumu və ehtiyac meyarının məbləğini artırır

img

21-10-2014 [22:29]


Gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği müəyyənləşdirilib. 2014-cü illə müqayisədə 2015-ci ildə yaşayış minimumu və ehtiyac meyarının məbləği artacaq.

"2015-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği aşağıdakı kimi nəzərdə tutulub:

2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat olacaq.

"2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi iləehtiyac meyarının həddi 105 manatməbləğində nəzərdə tutulub.

Xatırladaq ki, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat idi.

2014-cü il üçün ehtiyac meyarının həddi isə 100 manat məbləğində təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR