Samir Şərifov regional gərginliyin ölkəmizə təsirini müzakirə edib

img

21-10-2014 [21:05]


Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca əl-Mərzuqini və onu müşayət edən nümayəndə heyətinin üzvlərini qəbul edib.

 Maliyyə Nazirliyinin rəsmi saytında verilən məlumata görə, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri, 2014-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, gələcək inkişaf planları, cari ilin dövlət büdcəsinin icrası və 2015-ci il üzrə dövlət büdcəsinin parametrləri müzakirə olunub. 

Görüşdə xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımlar qeyd olunub. Həmçinin, qeyri-neft sektoru üzrə büdcə daxilolmaları və investisiya proqramı da daxil olmaqla hökumətin orta müddətli əsas maliyyə məqsədlərinə diqqət yetirilib. 

Eyni zamanda regional geosiyasi gərginliyin ölkəmizə və onun iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR