Komitə sədri 4 rayondan vətəndaşları qəbul edəcək

img

21-10-2014 [18:33]


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 24-də Biləsuvar şəhərində növbəti vətəndaş qəbulu keçirəcəkdir.
Komitənin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.
Vətəndaş qəbulu saat 11:00-da Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində başlayacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi: (02524) 5 10 80, (02529) 5 15 01, (02521) 5 22 63.

Azertag.az

Digər xəbərlər
SON XƏBƏRLƏR