Nazirlik yoxlamaya başladı

img

21-10-2014 [17:09]


Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərində monitorinq keçirilir.

ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məqsəd turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasıdır.

Monitorinq zamanı "Bakı-2015” birinci Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması da nəzərdə tutulub.

Cari ildə monitorinqin 3 mərhələdə keçirilməsi planlaşdırılıb. Hazırda üçüncü mərhələdə Bakı şəhəri üzrə oktyabrın 20-dən başlayan monitorinq noyabrın 13-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR