Kərəm Həsənov icra başçısına xəbərdarlıq edib – Səbəb (FOTOLAR)

img

21-10-2014 [15:10]


Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra önə çıxan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yaxın aylara qədər himayə etdiyi Cəlilabadın icra başçısı Əziz Əzizova xəbərdarlıq edib. 

Bu barədə Mia.az-a verilən məlumata görə, komitə sədri vaxtı ilə zəmanət verdiyi icra başçısı haqqında çoxsaylı şikayətlərin olduğunu deyib və bundan sonra onu əvvəlkitək himayə edə bilməyəcəyini bildirib: «Xüsusi ilə rayon məktəblərinin vəziyyəti haqda telekanalların birində gedən süjetdən sonra komitə sədri Əziz Əzizova görə çətin vəziyyətlə üzləşib. Ona bildirilib ki, son illər Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın nəcib təşəbbüslərinə rəğmən, hələ də Cəlillabadda orta əsrlər tiklilərini xatırladan məktəblərin olması yolverilməzdir. Məsələn, Səttərxan küçəsində yerləşən 3 saylı orta məktəbində vəziyyət olduqca acınacaqlıdır. 600 nəfərdən çox şagirdin təhsil aldığı bu təhsil müəssisəsi xarabaxanaya bənzəyir. Partaların köhnəliyi və təhsil ocağının texniki baxımdan kasıblığı bir yana, binanın qəzalı vəziyyətdə olması şagirdələr üçün hər an real təhlükədir. Maraqlı burasıdır ki, bu məsələdə icra başçısı Əziz Əzizoov əsas günahkar qismində görülüb. Yəni bu vəziyyət onun fəaliyyətsizliyi ilə əlaqələndirilib». 

Yeri gəlmişkən, onu da qeyd edək ki, Əziz Əzizov və onun yaxınlarının Kərəm Həsənovun qardaşı ilə ortaq biznesləri də var. Mənbə bildirir ki, Kərəm Həsənovun Əziz Əzizovla yollarını ayırması, icra başçısının biznesini də təhlükə altına alacaq. 

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.













Digər xəbərlər
SON XƏBƏRLƏR