Toyda dava düşdü-1 nəfər öldü

img

21-10-2014 [15:07]



Ağdaşda toyda dava düşüb. "MİA” DİN-in saytına istinadən xəbər verir ki, oktyabrın 20-də saat 22 radələrində Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində keçirilən toyməclisində Rusiya Federasiyası vətəndaşı Ərəstun Əşrəfli münaqişə zəminində kənd sakini İsgəndər Umarova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilən İ.Umarov ölüb.

İsgəndər Umarovu qətlə yetirmiş Ərəstun Əşrəflinin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR