Milli Məclisinin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

img

21-10-2014 [12:29]


"2015-ci ilin dövlət büdcəsinin paketi artıq deputatlara təqdim olunub”. Bunu Modern.az saytınaMilli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, deputatlar büdcə zərfinə daxil olan bütün sənədlərlə tanış olandan sonra prosedur qaydaya əsasən komitələrdə müzakirə olunacaq: "Komitələrdə müzakirələr başa çatandan sonra dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunacaq”.

Akif Təvəkküloğlu parlamentin növbəti plenar iclasının vaxtını da açıqlayıb: "Milli Məclisin növbəti plenar iclası oktyabrın 28-də keçiriləcək. Gündəliyə 21 məsələ daxil edilib. Payız sessiyasının sayca üçüncü iclasında "İnzibati icraat haqqında”, "Polis haqqında”, "Yeyinti məhsulları haqqında”, "Balıqçılıq haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Qrant haqqında”, "Dövlət rüsumu haqqında”, "Banklar haqqında”, "Taxıl haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Bələdiyyələrin statusu haqqında” qanunlara, eləcə də Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Gömrük Məcəlləsinə də dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

Bundan başqa, gündəlikdə Əli Rüstəmovun Ali Məhkəmnin hakimi təyin edilməsi haqqında məsələ də var.


Digər xəbərlər
SON XƏBƏRLƏR