İcra başçısının oğlu qəza törədib?! - Ceyhun Cəfərov danışdı

img

20-10-2014 [17:46]


Oktyabrın 19-da paytaxtın "Neftçilər” prospektində ağır yol-nəqliyyat qəzası baş verib. Port-Baku Towers-in qarşısında "BMW” markalı avtomobil TİR-lə toqquşub. 

Musavat.coma xəbər verir ki, nəticədə sürücünün yanında oturan 20 yaşlı gənc hadisə yerində keçinib. 

Avtomobildəki digər 3 nəfər ağır yaralı halda xəstəxanaya çatdırılıb. Yaralılardan birinin Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun oğlu olduğu bildirilir.

Həlak olan gənc xaricdə təhsil alıb və ailəsinin istəyinə görə qısamüddətli tətil alaraq, Bakıya dönürmüş. Ceyhun Cəfərovun oğlu isə 2 dostu ilə onu hava limanında qarşılayaraq, evlərinə müşayiət edirmiş. 

Məlumatla bağlı Kürdəmir rayonunun İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov "Yeni Müsavat" qəzetinin və musavat.com saytının təsisçisi Rauf Arifoğluya zəng edib. Başçı bildirib ki, qəza barədə xəbər yanlışdı: "Mənim iki oğlum var. Biri 4 aydır ki, hərbi xidmətdədir. Digər oğlum isə Diplomatiya Akademiyasının tələbəsidir, sağ-salamatdır və Bakı şəhərində avtomobil sürmür".  




Digər xəbərlər
SON XƏBƏRLƏR