Ukraynada atəşkəs yenidən pozuldu-ƏMƏLİYYAT

img

18-10-2014 [23:28]


Hər iki tərəf hərbi əməliyyatlarda iştirakını etiraf edir. Mia.az xəbər verir ki, "RIA Novosti” agentliyi Kiyev və Donetskdəki mənbələrə istinadən bildirir ki, Luqansk vilayətinin Smeloe kəndi yaxınlığında döyüşlər gedir. Ukrayna hərbçiləri və "Donbas Xalq Respublikası” bunu fakt kimi təsdiqləyir.

"Biz mühasirəyə alınmışıq, indi arxadan hücuma keçiblər, yandan və qarşıdan da hücumlar var”, Ukraynanın "Beşinci Kanal”adlı TV-sinin yaydığı xəbərdə belə deyilir. Separatçılar da etiraf edirlər ki, onlar da hərbi əməliyyatlara qoşulublar. Ukrayna hərbçilərinin təhriki ilə cavab atəşi açıblar: "Biz heç vaxt birinci olaraq hərbi əməliyyata başlamırıq. Sülh anlaşmasına sadiq olduğumuzdan belə edirik. Ancaq provokasiyaları da cavabsız qoymaq olmaz. İndi mülki şəxslərin müdafiəsi üçün döyüşlərə başlamalı olduq”.

Ukrayna Təhlükəsizlik Şurasının sədri Vladimir Polovoy bu gün keçirdiyi brifinqdə bildirib ki, biz Smeloedəki nəzarət məntəqəsinə hər gün silah və tibbi yardım göndəririk. Oraya əlavə döyüşçülər də cəlb olunub. Hazırda həmin ərazidə aktiv hərbi əməliyyatlar keçirilir.

Agentlik bildirir ki, Ukrayna tərəfi separatçıların bir tankını sıradan çıxardığın iddia edir.

Agentlik xatırladır ki, BMT-nin oktyabrın 15-inə olan hesabatına görə Ukrayna münaqişəsi başlayandan üzü bəri 3,7 min adam öldürülüb, 9 mindən artıq insan isə yaralanıb.

"RIA Novosti”nin məlumatına görə, Rusiya və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iştirakı ilə Ukrayna və separatçılar arasında sentyabrın 5-ində sülh razılaşması imzalanıb. Razılaşma ara-sıra pozulsa da, tərəflər iri miqyaslı hərbi əməliyyatlardan çəkinirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR