Evdə çılpaq gəzən 22 yaşlı ulduz haqda 15 fakt - FOTOLAR

img

18-10-2014 [13:16]


"Disney” studiyasının yeniyetmələr üçün çəkdiyi filmlərlə məşhurlaşan, sonradan özünü müğənni kimi sınayan Selena Qomezin Azərbaycanda da çoxlu pərəstişkarı var. Ailəm.az bunu nəzərə alaraq, aktrisa haqda 15 maraqlı faktı təqdim edir:

1. 22 yaşlı aktrisa "Veyverli Pleysin sehirbazları” filmindəki Aleks Russo rolu ilə məşhurlaşsa da, əslində, sehrbazlardan, hətta heç Harri Potterdən də xoşu gəlmədiyini deyib.

2. Qomez məhz Aleks Russo roluna görə Emmi mükafatına layiq görülüb.

3. Onun ən böyük ilham mənbəyi anasıdır. Mendi Kornet Tifi də aktrisadır və Selena uşaq vaxtından onun səhnəyə hazırlaşmağından çox təsirlənib.

4. Atası Latın amerikalıdır, elə qızının adını da yerli müğənni Selenanın şərəfinə qoyub.

5. Qomezin ən böyük arzusu turşu dadı verən saqqız ixtira etməkdir. Turşunu çox sevir.

6. 2009-cu ildə, yəni 17 yaşında UNICEF-in səfiri olub. Beləliklə, UNİCEF tarixinin ən gənc səfiri kimi tarixə düşüb.

7. Qomez iki il əvvəl öz ətir kolleksiyasını buraxıb. Ətrinin "romantik və şirin” olduğunu vurğulayıb.

8. Onun 6 iti var. Əksəriyyətini sahibsiz heyvan sığınacağından götürüb.

9. Keçən il çıxardığı "Come&Get it” sinqlına görə "MTV Music Awards”da iki mükafat qazanıb. Onlardan biri – "Ən yaxşı pop klip”, digəri isə "Yay mövsümünün ən yaxşı mahnısı” olub.

10. Aktrisanın boyu 1,65 sm, çəkisi isə 54 kiloqramdır.

11. Onun eks-sevgililəri arasında Teylor Lotner, Nik Cons və Castin Biberi qeyd etmək olar. Bu il isə Gomezin aktyor Orlando Blumla sevgili olmağı barədə şaiyələr yayılmışdı.

12. "Forbes” jurnalına görə, onun hazırda 16 milyon dollar sərvəti var.

13. Ekzotik maşınların həvəskarıdır.

14. Qomez də digər Hollivud ulduzları kimi lüks evə sahibdir. İndi yaşadığı malikanənin qiyməti 3,5 milyon dollardır. Bundan başqa daha iki evinin də olduğu deyilir.

15. Ellen Decenersin şousuna qonaq olan zaman Selena evdə çılpaq gəzməyi çox sevdiyini deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR