Prezident İlham Əliyev iki fərman verdi, dəyişiklik oldu - FƏRMANLAR

img

17-10-2014 [21:02]


Bu gün prezident İlham Əliyev iki fərman verib, bəzi qanunlara dəyişiklik edib. 

Azərbaycan prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. 


Mia.az xəbər verir ki, fərmanda "Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011, № 11, maddə 995; 2013, № 9, maddə 1048; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 280 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilib:

"12-1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sistemin elektron məlumatlarından real vaxt rejimində istifadə edir”.

***
Bu gün Prezident İ.Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanında dəyişiklik edib: 

1. "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 107) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.4-cü yarımbənddə "Vergilər Nazirliyi” sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

1.2. 5-ci hissədə "Vergilər Nazirliyi” sözlərindən sonra "və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”, "Nazirliyinin” sözündən sonra "və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin” sözləri əlavə edilsin;

1.3. 6-cı hissədə "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,” sözlərindən sonra "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:

"8. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

8.1. bu Fərmanın 4-7-ci hissələrində verilmiş tapşırıqların icrası ilə bağlı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyətinin təşkilinə dair dövri qiymətləndirmə aparsın və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin;

8.2. əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyətinin təşkilinə dair qiymətləndirmələrin nəticələri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat versin.”.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir ay müddətində bu Fərmanın 1-ci hissəsi ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 5-ci hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 7-ci hissəsində verilmiş tapşırıqların icrasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Digər xəbərlər
SON XƏBƏRLƏR