Müğənni ilə prodüser arasında seksual təcavüz davası - FOTO

img

15-10-2014 [17:02]


Məşhur amerikalı Keşa öz prodüseri Doktor Lyüki məhkəməyə verib. 

ANS PRESS-in məlumatına görə, müğənni prodüserini seksual təcavüzdə günahlandırılır.

27 yaşlı ifaçı iddia edir ki, prodüser onu narkotikaya oturdub. Bir dəfə isə konkret olaraq narkotik qəbul etməyə məcbur edib və bundan sonra onu zorlayıb. Doktor Lyük bundan əlavə mütəmadi şəkildə Keşanı təhqir etdiyinə görə ittiham edilir. Onun təhqirləri ifaçının sağlamlığında ciddi problemlər yaradıb. 

Prodüserin vəkilləri hələki Keşanın ittihamlarını şərh etməyiblər. 

Doktor Lyük Amerikanın ən məşhur və qabaqcıl prodüserlərindəndir. O müxtəlif vaxtlarda Britni Spirs, Keti Perri, Mayli Sayrus, Niki Minaj və Kelli Klarkson kimi ulduzlarla işləyib. 

Keşa 2009-cu ildə amerikalı repçi Floy Raydın "Right Round" mahnısı ilə məşhurlaşıb. Onun debüt albomu "Animal" 2010-cu ildə çıxıb. 




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR