Mikayıl Cabbarov pul yığacaq direktorlara yenidən xəbərdarlıq etdi

img

02-10-2014 [12:06]


Qarşıdan gələn "Müəllim günü" ilə bağlı məktəblərdə pul yığılması məsələsi yenidən gündəmə gəlib. Hər il oktyabr ayının ilk bazar günündə qeyd edilən, bu il 5 oktyabra təsadüf edən təhsil işçilərinin bayramın pul yığılması bu dəfə də valideylərin narazılığına səbəb olub. 

Mia.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə sərt açıqlama verib. O,  pul yığan müəllim və ya məktəb direktorunun dərhal vəzifəsindən azad olunacağı bildirib: "Hörmətli dostlar! Bu günlərdə "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı qaynar xəttimizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Təhsil həm də cəmiyyətin işidir!".

Digər xəbərlər
SON XƏBƏRLƏR