İŞİD-in qorxulu planı AÇIQLANDI

img

02-10-2014 [10:56]


İraq Şam İslam Dövləti (İŞİD) üzvü olan Somali vətəndaşı Abi Usamah "Vice News” televiziyasına bağlanaraq təəccüblü açıqlamalar verib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 6 ay əvvəl İŞİD-ə qatıldığını söyləyən Usamah deyib:

"İsrailin Qəzzada həyata keçirdiyi qırğınlar üçün bu ölkənin baş naziri Benyamin Netanyahunu öldürdükdən və Nyu-Yorka hücum təşkil etdikdən sonra, bəlkə o zaman hərəkətlərimizə, yəni döyüşə son verə bilərik”.

Usamah açıqlamasında əlavə edib: "Allahın icazəsi ilə bu iki hədəfimizi reallaşdıracağıq”. Onun sözlərinə görə, Nyu-Yorka planlaşdırılan hücum üçün çox sayda yaraqlı səfərbər olunub. Abi Usamah İŞİD-ə qatılanların sayının gündən-günə artığını da qeyd edib: "Bizləri dayandıracaq bir güc yoxdur, Allah böyükdür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR