Abortda ölən ananın qohumu danışdı, həkim qaçıb gizləndi - VİDEO

img

02-10-2014 [10:03]


Bərdədə növbəti ana ölümü baş verib. Bərdənin Cəyirli kənd sakini 34 yaşlı Sitarə Şahbazova abort zamanı dünyasını dəyişib. 

Mia.az Ans-Ə istinadən xəbər verir ki, əslən Yardımlıdan olan Sitarə Şahbazova 6 il əvvəl Bərdənin Cəyirli kəndinə gəlin köçüb. Bu gün saat 15 radələrində öz istəyi ilə abort olmaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının ginekolojiya şöbəsinə gəlib. Yaxınlarının sözlərinə görə, xəstaxanaya gələn zaman mərhumun səhətində problem olmayıb. Sitarə Şahbazovanın dünyasını dəyişməsinə görə ailə üzvləri həkimləri günahlandırır.

Ölən gəlinin qohumu Şəlalə Cəfərovanın sözlərinə görə, həkim S.Şahbazovanı abort edərkən öldürüb:

"Həkim sonra çıxıb deyib ki, xəstənin vəziyyəti pisdir. Yiyəsi hanı? Bu gəlin də su gətirməyə gedibmiş girib içəri ki, ölüb. Ondan sonra həkim qaçıb gizlənib, yoxdur”.

Sitarə Şahbazovanı abort edən həkimi tapmasaq da, doğum şöbəsinin növbətçi həkim Tahirə Abbasova baş vermiş hadisə ilə bağlı bunları dedi:

"Saat 14:30 radələrində ginekolojiya şöbəsinə həkimə müraciət etmiş, pozulmuş abort diaqnozu ilə daxili müayinə edən zaman xəstədə epileptik tutmalar olub. Bir dəfə xəstəni vəziyyətdən çıxartsalar da tutmalar davam edib, ürək fəaliyyətini dayandırıb. Göstərilən yardımlara baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb”, – deyə həkim Tahirə Abbasova qeyd edib.

Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və potoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə gətirilib. 

Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR