Ərdoğandan İŞİD-ə sərt xəbərdarlıq

img

02-10-2014 [00:02]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk əsgərlərinin İŞİD terror qruplaşması tərəfindən girov götürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan bildirib ki, İŞİD Suriyada yerləşən və türk əsgərləri tərəfindən mühafizə olunan Süleyman Şah Türbəsini mühasirəyə almayıb.

Prezidet bu iddiaları cəfəngiyat adlandırıb.

"Bu xəbərlərin hamısı uydurmadır. Süleyman Şah Türbəsinə hər hansı bir müdaxilə edilərsə, Türkiyənin atacağı addım bəllidir", deyə Ərdoğan bildirib.

Qeyd edək ki, mətbuatda Suriyada Süleyman Şah Türbəsini mühafizə edən əsgərlərin İŞİD tərəfindən girov götürülməsinə dair iddialar səsləndirilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR