Cangüdənlərlə polislər əlbəyaxa oldu - “Hafka”nın villasında qalmaqal (FOTO), (YENİLƏNİB)

img

01-10-2014 [21:49]


"Baghlan Group” şirkətinin və "Bakı” futbol klubunun prezidenti, "Hafka” ləqəbi ilə tanınan i. adamı Hafiz Məmmədovun Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi 63 ünvanında yerləşən və dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına bu gün yenidən məhkəmə icraçıları və polis gəlib.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, bu günə evi boşaltmağı vəd etmiş "Hafka” fikrini dəyişib. Hazırda Nərimanov rayon Məhkəməsinin icraçıları polis əməkdaşlarının köməyi ilə villaya kirməyə cəhd edirlər. Ancaq villada xeyli sayda mühafizəçilər cəmləşib və qapını açmaqdan imtina edirlər. Məhkəmə icraçıları isə malikanənin boşaldılmasını tələb ediblər.

Xatırladaq ki, dünəndən başlanan bu qalmaqalla bağlı H. Məmmədov məlumatlandırılıb və o, oktyabrın 1-dək vaxt istəyib və bu gün borcu ödəyəcəyini vəd edib. Məhkəmə icraçıları bununla bağlı müzakirə apardıqdan sonra qərara alınmışdı ki, evin boşaldılması bu gün saat 12-yə qədər təxirə salınsın.

Məlumata görə, H.Məmmədov müsadirə olunan villanı oğluna toy hədiyyəsi kimi bağışlayıbmış. Ancaq məhkəmə 300 min manat borcu qaytara bilmədiyinə görə, onun əmlakının boşaldılması barədə qərar verib.

Bildirilir ki, Hafiz Məmmədov oğlu üçün yeni aldığı villa bankda digər müştəri tərəfindən girovda olub. Hafiz Məmmədov nə bankın borcunu ödəyib, nə də bankın pulun bağlayıb.

***

Hadisə yerindən aldığımız məlumata görə, "Hafka”nın evini qoruyan mühafizəçilərlə polis arasında əlbəyaxa dava-dalaş olub. Mühafizəilər icraçıları və polisi villaya burxmadan qəti imtina edirlər. Hafiz Məmmədovun binada olan təmsilçisi onlara vaxt verilməsini istəyib. Maraqlıdı ki,  H.Məmmədovun özünün isə olaya heç bir reaksiyası yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub