Salyanda bank işçisi intihar etdi

img

01-10-2014 [21:37]


Salyanda bankda sürücü işləyən şəxs tabel silahı ilə atəş açaraq intihar edib.

APA-ya polisdən verilən məlumata görə, hadisə bu gün 12.00 radələrində bankların birinin həyətində, xidməti avtomobilin içində qeydə alınıb.
Şirvan şəhər sakini, 1962-ci il təvəllüdlü İsgəndərov Telman Əmir oğlu ona məxsus "Makarov” tipli tabel silahı ilə sağ gicgah nahiyəsindən atəş açaraq intihar edib.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR