İcra başçısı şəhid ailəsini ziyarət etmək istəyən jurnalistləri saxlatdı - (Yenilənib)

img

01-10-2014 [18:44]


Hacıqabula ezam olunmuş Simsar.az-ın əməkdaşları rayon rəhbərliyinin təzyiqləri ilə üzələşib.

Mia.az Simsar.az-ın məlumatına istinadən xəbər verir ki, jurnalistlərə qarşı rayon polisləri anlaşılmaz münasibət göstərirlər: "Bir neçə gün öncə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlunun ailəsini ziyarətə gedən əməkdaşlarımız Şəhər İcra Hakimiyyəti və Hüquq mühafizə orqanları tərəfindən təqibə məruz qalıblar. İki xidməti avtomobillə əməkdaşlarımızı izləyən şəxslər maşının qarşısını kəsib özlərini Cinayət-Axtarış şöbəsinin nümayəndələri kimi təqdim ediblər. Əməkdaşlarımızın "biz şəhidimizin ailəsini ziyarət üçün gəlmişik” – sözlərinə cavab isə maraqlı olub: "O, bizim şəhidimizdir, sizin ziyarətinizə icazə yoxdur”.

Son məlumata görə, xidməti avtomobillər və patrul xidməti jurnalistləri rayon polis şöbəsinə aparəlaraq, 4 saat qanunsuz saxlanılıb. Daha sonra isə sərbəst buraxılıb. Maraqlı məqamlardan biri də odur ki, jurnalistlər rayonu tərk edərkən, bu dəfə çıxışda yol polisləri onları saxlayıb. Lakin avtomobilin sənədləri yoxlanıldıqdan sonra onlar yola salınıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR