Daha bir İcra Hakimiyyəti ahıllarla görüş keçirdi

img

01-10-2014 [18:24]


Oktyabrın 1-də Beynəlxalq Ahıllar Günü münasibətilə Ağcabədi şəhərindəki "Mahir” istirahət mərkəzində bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər ahılları əlamətdar gün münasibətilə təbrik edib, əhalinin bu təbəqəsinin daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirərək, onların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli, sağlamlıqlarının qorunması sahəsində görülən işlərdən danışıblar.
Bildirilib ki, Ağcabədi rayonunun ahılları, ağsaqqalları rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün onlar gənc nəslin tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar.
Çıxış edən ahıllar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbir bayram süfrəsi ətrafında konsert proqramı ilə davam etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR