İki siyasi məhbus harada saxlanılır? - Partiya sərt bəyanat verdi

img

01-10-2014 [18:08]


Müsavat Partiyası hazırda həbsdə olan Tofiq Yaqublunun və İlqar Məmmədovun harda saxlanması haqda məlumat verilməməsi barədə bəyanat yayıb. 


Partiyadan Mia.az-a daxil olan məlumata görə, bəyanatda qeyd olunur ki, qondarma "İsmayıllı işi" adı altında 1 il 8 aydır qanunsuz həbsdə saxlanılan Müsavat Partiyasınınn başqan müavini Tofiq Yaqublu və "REAL” Hərəkatının sədri İlqar Məmmədov hakimiyyət tərəfindən 7 gündür ailəsindən, ictimaiyyətdən gizli saxlanılmaqdadır. Penitensiar xidmətin rəhbərliyinin bu qanunsuz davranışı, vicdan məhbuslarının ailəsi ilə qanunun imkan verdiyi çərçivədə xəbərləşmə hüququndan məhrum etməsi bizdə onların işgəncəyə məruz qalmaları haqda ciddi şübhələr yaradır: "Məhkəməsi yekunlaşmış və vicdan məhbusu olan Tofiq Yaqublunun, İlqar Məmmədovun, Yadigar Sadıqovun, eləcə də uzun müddətdir istintaq altında saxlanılan 100-dən artıq digər vicdan və siyasi məhbusların azad edilməsini bütün dünya ictimaiyyətinin qətiyyətlə tələb etdiyi bir vaxtda Azərbaycan Milli Məclisinin 30.09.2014 tarixli sessiyasında Avropa İttifaqının qanunsuz həbs edilmiş bu şəxslərin dərhal azad edilməsi haqda qətnaməsini əleyhinə qərar qəbul etməsi və qararına Avropa İttifaqı ilə münasibətlərinə yenidən baxmaqla baglı hədələyici notlar salması fonunda Azərbaycan hakimiyyətinin Tofiq Yaqublu və İlqar Məmmədovla baglı belə qeyri-humanist davranışı hiddət dogurur.

Müsavat Partiyası tələb edir ki, hakimiyyət özünün qeyri-qanuni hərəkətlərindən əl çəkməli, Tofiq Yaqublunun və İlqar Məmmədovun ailəsi ilə xəbərləşmə hüququnu dərhal təmin etməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR