Hafiz Hacıyevin tərəfdarları Milli Şura ilə eyni saata mitinq təyin etdi - Müasir Musavatdan mitinq qərarı

img

01-10-2014 [13:25]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin və rayon təşkilat sədrlərinin iştirakı ilə toplantı keçirilib. 

Partiyanın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, toplantıda əsas müzakirə məsələsi Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə, son aylar fəallaşan daxili qüvvələr və onlara stimul verən mənbələr müzakirə edilib.

MMP İdarə Heyətinin üzvləri baş verənləri Azərbaycanın inkişafından narahat olan qüvvələrin təxribatı hesab ediblər. Qeyd edilib ki,həmin qüvvələr beynəlxalq təşkilatların əli ilə Azərbaycana təzyiq etməyə çalışırlar. Bununla kifayətlənməyərək daxilimizdə olan milli satqınların əli ilə ölkədə qarışıqlıq salmağa çalışırlar.

Toplantı iştirakçıları Azərbaycan müstəqilliyinə zərbə vurmağa çalışan qüvvələrə etiraz əlaməti olaraq ciddi tədbir görmək lazım gəldiyini deyiblər. Təklif olunub ki, etiraz aksiyası keçirilsin. Təklif səs çoxluğu ilə qəbul olunub: "Qərara alınıb ki, oktyabrın 12-si saat 15.00-da Beynəlxalq Təşkilatlara və baş qaldıran milli satqınlara etiraz əlaməti olaraq 5 min nəfərlik mitinq keçirilsin”.

Mitinqə yer alınması və icazə verilməsi üçün elə bu gün BŞİH-nə müraciət olunacaq. 

Toplantıda Mitinq Komitəsinə xüsusi tapşırıqlar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR