ABŞ-dan Xəzər sammitinə etiraz gəldi

img

01-10-2014 [13:08]


"Biz "Xəzər beşliyi”nin birgə bəyanatında qeyd olunmuş başqa müddəalarla yanaşı, Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudluğunun yolverilməzliyi barədə müddəanı da görmüşük."

ANS PRESS-in məlumatına görə, bu fikri ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirilən brifinqdə bildirib.

O, Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan liderləri tərəfindən sentyabrın 29-da qəbul edilmiş birgə bəyanat barədə suala cavab verərkən deyib ki, bizim Azərbaycanla sərhəd təhlükəsizliyi, anti-terror fəaliyyəti, NATO-nun qarşılıqlı əməliyyatlara və beynəlxalq missiyalara sülhyaradıcılarla töhfə verməsi imkanları üzərində cəmləşmiş güclü təhlükəsizlik əməkdaşlığımız var. Biz düşünmürük ki, "Xəzər beşliyi”nin birgə bəyanatı bunu dəyişəcək və ABŞ-Azərbaycan əməkdaşlığını təsirləndirməyəcək.

Xatırladaq ki, beş Xəzəryanı ölkənin Həştərxanda keçirilmiş sammitində qəbul olunmuş birgə bəyanatda deyilir: "Xəzər beşliyi” Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudiyyətini yolverilməz hesab edir."

Digər xəbərlər
SON XƏBƏRLƏR