Tale Heydərov AŞ PA-da Azərbaycan sərgisi təşkil edib

img

01-10-2014 [12:22]


Sentyabrın 30-da Avropa Parlament Assambleyasının (AŞ PA) payız plenar sessiyası çərçivəsində Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkilatın mənzil-iqamətgahında "Azərbaycan obyektivlərdə" adlı sərgi təşkil olunub

Sərgininin açılışında çıxış edən Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yanındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında Avropa şurasının binasında təşkil olunan sərginin həm Avropa Şurası, həm də Azərbaycan üçün mühüm hadisə olduğunu diqqətə çatdırıb.

"Sərgidə Azərbaycanınmüxtəlif mənzərələri, binaları, insanları yüksək peşəkarlığa malik fotoqraflar tərəfindən təsvir olunub.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə belə sərginin açılması mühüm əhəmiyyət daşıyır. Ona görə ki, bu fotolarda Azərbaycan reallığı öz əksini tapıb. Təəssüflər olsun ki, Avropa Şurasında bəzən xüsusi məqsədlərlə ölkəmizi real olmayan tərəfdən göstərməyə çalışırlar. Amma ölkəmizlə bağlı reallıqları əks etdirən bu sərgi, bu həqiqət heç cür gizlədilə bilməz”- Seyidov deyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR